Kremlin sözçüsü Dmitri Peskov Ukraynada atəşkəslə bağlı bəzi məsələlərin olduğunu və onların həll edilməsinə ehtiyac olduğunu bildirib və əlavə edib: "Bunlar Kiyevin gələcək hərbiləşdirilməsi planları ilə bağlıdır".
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
Ukraynanın Rusiyanın Kriviy Riq şəhərində mülki infrastruktura zərbə endirməsi ilə bağlı ittihamına reaksiya verən Peskov Rusiya ordusunun yalnız hərbi ünsürlərə hücum etdiyini müdafiə edərək, "Biz sosial infrastruktur obyektlərinə hücum etmirik" deyib.
Dmitri Peskov ABŞ prezidenti Donald Trampın “Ukraynaya hücumlar dayandırılmalıdır” bəyanatına toxunub.
Ukraynada atəşkəslə bağlı bəzi məsələlərin olduğunu və bu məsələlərin həllinə ehtiyac olduğunu vurğulayan Peskov bunları qeyd edib:
"Rusiya prezidenti Vladimir Putin atəşkəs ideyasını dəstəkləyir, lakin buna nail olmaq üçün bəzi suallara cavab vermək lazımdır. Bu suallar havadadır və hələ ki, heç kim onlara cavab verməyib. Bunlar Kiyev administrasiyasının nəzarətdən kənarda olması, dinləmək istəməyən bəzi ekstremist və millətçi qrupları idarə edə bilməməsi ilə bağlıdır. Atəşkəsə nail olmaq üçün biz öz maraqlarımızı təmin etməliyik və sadaladığım məsələləri həll etməliyik”.
Aytən Yaşar/ Turkustan.az