ABŞ mətbuatında yer alan xəbərlərə görə, ölkənin aparıcı universitetlərində təhsil alan və ya bu yaxınlarda təhsilini başa vuran yüzlərlə tələbənin vizalarına xitam verilib.
Turkustan.az xəbər verir ki, Kaliforniya Universitetinin (UCLA) prezidenti Julio Frenk verdiyi açıqlamada 6 hazırkı və 6 məzunun vizalarının ləğv edildiyini təsdiqləyib.
Eyni şəkildə Kaliforniya Berkeley Universiteti 6 tələbəsinin eyni şəkildə təsirləndiyini, Stenford Universiteti isə 4 tələbə və 2 məzunun eyni şəkildə təsirləndiyini açıqladı.
Digər tərəfdən, ötən il Fələstinə dəstək nümayişləri ilə gündəmə gələn Kolumbiya Universitetində təhsil alan 4 beynəlxalq tələbənin vizasının da ləğv edildiyi bildirilib.
ABŞ prezidenti Donald Tramp yanvarın 30-da Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrin deportasiya edilməsinə yol açan “antisemitizmlə mübarizə” mövzusunda sərəncam imzalayıb.
ABŞ dövlət katibi Marko Rubio da martın 27-də "Həması dəstəklədiyini" iddia etdiyi ən azı 300 əcnəbi tələbənin vizalarının ləğv edildiyini açıqlayıb.
Ölkədə doktorantura təhsili alan Rümeysa Öztürk martın 25-i axşam iftara getmək üçün Massaçusetsdəki evindən çıxan kimi mülki geyimli İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılıb.
Fələstinli fəal və Kolumbiya Universitetinin yeni məzunu Mahmud Xəlil əvvəllər də saxlanılıb.
Aytən Yaşar/ Turkustan.az