Tramp: Halın pisləşəndə gərək dərman qəbul edəsən ki, düzələsən!


Floridadan Vaşinqtona səfəri zamanı Air Force One-da mətbuat mənsublarına danışan Donald Tramp tarifərlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Tramp bir jurnalistin, tariflərinizin nəticəsini gördüyünüz zaman bir acı hiss edirsinizmi? sualına: "Düşünürəm ki, sualınız çox axmaqdır. Heç bir şeyin pisləşməsini istəmirəm, amma bəzən nəyisə düzəltmək üçün dərman qəbul etməlisiniz"-deyə, cavab verib.

Tramp ABŞ-ın bəzi ölkələrlə milyardlarla dolları keçən ticarət kəsiri olduğunu, Çinlə isə trilyonuncu dollarda kəsir olduğunu bildirib.

ABŞ-ın Çinlə ticarət kəsirini həll etməli olduğunu vurğulayan Tramp: "Hər il Çinə yüz milyardlarla dollar itiririk və bu problemi həll etmədikcə bir razılaşma etməyəcəyəm. Mən Çinlə müqavilə bağlamağa hazıram, lakin onların bu problemi həll etmələri lazımdır. Çinlə böyük problemimiz var"-deyə, əlavə edib.

Çin, Avropa Birliyi (AB) və digər ölkələrlə yaşadıqları ticarət kəsiri problemini həll etmək istədiklərini söyləyən Tramp, "Əgər onlar bu haqda danışmaq istəyirlərsə, mən danışmağa açıram. Amma əks halda niyə bu barədə danışmaq istəyim ki? Mən dünyanın hər yerindən, Avropadan, Asiyadan olan liderlərlə danışmışam. Onlar razılaşma əldə etmək üçün can atırlar"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ