Tramp İranın sərvətindən danışdı: Əvvəl heç kimə pul vermirdilər, indi isə...


ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Tramp Floridadan Vaşinqtona qayıdarkən “Air Force On” təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.

Məsələ ilə bağlı suala o belə cavab verib: "Ticarətdən və aşkar olanlardan danışacağıq. Bilirsiniz, aşkar olan nədir? Sadəcə olaraq, hər şeyi sakitləşdirmək üçün ticarət etməyə çalışırıq. Hazırda Yaxın Şərqdə susdurulmalı olan çox şey var".

Tramp ABŞ-ın əvvəllər Yaxın Şərq və İranla heç bir problemi olmadığını iddia edib: "Sonra 7 oktyabr hadisələri oldu. Bunların hamısı İrana görə baş verdi. Bilirsiniz ki, İran heç kimə pul vermirdi, çünki onların pulları yox idi. İndi isə çoxlu pulu var. Nə olacağını görəcəyik"./publika.az


MANŞET XƏBƏRLƏRİ