TASS: Ukrayna ordusu Sumı istiqamətində yeni bölmələr yerləşdirir


Ukrayna Silahlı Qüvvələri (USQ) Sudjan sərhəd bölgəsinə nəzarəti saxlamaq məqsədilə dövlət sərhədi zonasına yeni bölmələr köçürür.

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın təhlükəsizlik orqanları məlumat verib.

"Sumı istiqamətində Ukrayna Silahlı Qüvvələri Sudjan sərhədinin ən azı kiçik bir hissəsinə nəzarəti saxlamaq cəhdlərindən əl çəkmir, yeni bölmələri dövlət sərhədi zonasına köçürür. Döyüşçülər dövlət sərhədi zonasında meşə sahələrini təmizləməyi davam etdirirlər. Meşələrdə hələ də Ukrayna Silahlı Qüvvələrinin səpələnmiş qrupları var"-deyə, agentliyin mənbəsi bildirib.

O, Ukrayna Silahlı Qüvvələrinin Yunakovkadan Oleşnya ferması istiqamətində döyüş maşını ilə hücum qrupunu köçürməyə cəhd etdiyini qeyd edib. Rusiya PUA operatorları düşmənin canlı qüvvəsini və texnikasını məhv edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ