Xəbər verdiyimiz kimi, İlon Maskın sərvəti 2024-cü il dekabrın 17-dən etibarən 184 milyard dollar azalaraq dünənə olan məlumata görə 302 milyard dollara düşüb.
Turkustan.az xəbər verir ki, İlon Maskın sərvətinin azalmasında əsas səbəblərdən biri onun qurucusu olduğu “Tesla” şirkətinin səhmlərinin kəsin şəkildə ucuzlaşmasıdır.
Məlumat üçün bildirək ki, ötən il dekabr ayının 17-də “Tesla” səhmlərinin qiyməti tarixi zirvəyə – 480 dollara yüksəlib. Qeyd olunan dövrdən ötən müddət ərzində “Tesla”nın səhmlərinin qiyməti 2 dəfədən çox azalaraq 214 dollara düşüb. Təkcə son iki gün ərzində “Tesla”nın səhmləri 15% və ya 37 dollar ucuzlaşıb. /yeniavaz.com/