Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk tənəffüs yoluxucu xəstəliklərdən əziyyət çəkdikdən sonra bu gün ilk dəfə Vatikanda Müqəddəs Pyotr meydanına çıxıb və ictimaiyyəti salamlayıb.
Turkustan.az xəbər verir ki, Katolik dünyasının hər 25 ildən bir qeyd etdiyi ənənəvi “Yubiley” ili çərçivəsində bu gün Vatikanda xəstələr və səhiyyə işçiləri üçün keçirilən mərasimin yekun hissəsində sürpriz olub.
Fevral ayında şiddətli bronxit səbəbiylə 38 gün müalicə aldıqdan sonra martın 23-də Romanın Gemelli Xəstəxanasından buraxılan və hazırda sağalmaqda olan Papa Fransisk xəstəliyindən sonra ilk dəfə Müqəddəs Pyotr meydanına çıxıb.
Meydana əlil arabası ilə gətirilən 88 yaşlı Papa kütləni salamlayaraq: "Hər kəsin bazar günü xoş keçsin. Çox sağ olun" deyib.
Papanın danışmaqda çətinlik çəkdiyi və burnunda oksigen dəstəyi üçün burun kateteri olduğu görüldü.
Bu arada, bazar günü olduğundan, Vatikan da Papa Fransisin ənənəvi bazar namazından sonra mesajını yazılı şəkildə paylaşıb.
Aytən Yaşar/ Turkustan.az