Avropa İttifaqının (Aİ) vəsaitlərini sui-istifadə etdiyinə görə məhkəməsində korrupsiyada təqsirli bilinən fransız ifrat sağçı siyasətçi Marine Le Pen “mübarizədən əl çəkməyəcəyini” və “cadugər ovu”nun qurbanı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Le Pen Parisdə tərəfdarları qarşısında deyib: “Biz qanunun aliliyinin ən qızğın müdafiəçiləriyik”.
O, növbəti prezident seçkilərində iştirakına mane ola biləcək “siyasi məhkəmə qərarlarına” qarşı mübarizə aparacağını bildirib.
Le Pen mitinq keçirərkən, ifrat sağçıların əleyhdarları da Parisdə nümayişlər keçiriblər. Polisin bildirdiyinə görə, ifrat sağçı nümayişlərə 7000, ifrat sağçılara qarşı nümayişlərə isə 5000 nəfər qatılıb.
Aytən Yaşar/ Turkustan.az