Rusiyada hərbi xidmətə yaz çağırışı aprelin 1-dən iyulun 15-dək keçirilir.
Turkustan.az xəbər verir ki, bu il 160 min yeni çağırışçının hərbi xidmətə cəlb olunması planlaşdırılır ki, bu da 2011-ci ilin payızından bəri ən yüksək göstəricidir.
2008-ci ildə xidmət müddəti 12 aya endiriləndə çağırışçıların sayı xeyli artmışdı. 2009-cu ilin yazında 305,6 min nəfərin orduya çağırıldığı zaman pik həddinə çatdı.
Sonrakı illərdə çağırışçıların sayı getdikcə azaldı. Rusiyanın bütün müasir tarixində ən az çağırışçı sayı 2022-ci ilin payızında hərbi xidmətə çağırılıb - 120 min nəfər. Builki yaz çağırışı son 14 ildə ən böyük çağırışdır. Çağırışçıların sayındakı bu artım Rusiya Prezidenti Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin mərhələli şəkildə artırılması haqqında fərmanlarının icrası ilə bağlıdır. Əgər 2022-ci ilin əvvəlində Rusiyada 1 milyona yaxın hərbi qulluqçu var idisə, növbəti üç il ərzində bu rəqəmin 1,5 milyona çatdırılması planlaşdırılır. /publika.az/