Netanyahu ABŞ-a gedir: Trampla bunları müzakirə edəcək


Donald Trampla ABŞ-ın gömrük rüsumlarının tətbiqini, eləcə də Qəzzada hərbi əməliyyatı müzakirə edəcəyəm.

Turkustan.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Prezident Trampın dəvəti ilə ABŞ-a gedirəm, onunla təbii ki, bu məsələləri müzakirə edəcəyəm: Girovlar, Qəzzada əməliyyatların başa çatması və təbii ki, İsrailə də şamil edilən tariflər məsələsi. Ümid edirəm ki, bu məsələdə kömək edə bilərəm. Məqsədim budur”, - Netanyahu bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ