ABŞ-ın keçmiş vitse-prezidenti Kamalə Harrislə prezident Donald Tramp arasında telefon danışığı ortaya çıxıb.
Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı yazıçı Kris Uiplın kitabında detallar qeyd olunub.
Bildirilib ki, Harris və Tramp arasında danışıq seçkidən bir gün sonra təşkil edilib:
“Harris telefon danışığı zamanı seçki məğlubiyyətini etiraf edərək Trampa bunları deyib: “Bu, ədalətli seçki idi. Hakimiyyətin dinc yolla ötürülməsi vacibdir. Ümid edirəm ki, siz bütün amerikalılar üçün prezident olacaqsınız”. Donaldın da cavabı gözlənilmədən səmimi olub: “Sən çətin rəqib idin. Həqiqətən əla oldu. Həyat yoldaşın Duq Emhofu da sevdim”.
Yazıçının iddiasına görə, Harrisin köməkçiləri Trampın dediklərinə təəccübləniblər. Onlardan biri dialoqu “qəribə və yersiz” adlandırıb:
“Tramp çox manipulyasiya edir. O, sosiopatdır”, – deyə həmin adam qeyd edib”.
“Ucharted: How Beat Bayden, Harris, and the Odds in the Wildest Campaign in History” adlı kitabın çərşənbə axşamı günü işıq üzü görəcəyi vurğulanıb.
Burada Kamala Harrisin seçki kampaniyası zamanı üzləşdiyi çətinliklər də yer alıb.