Azərbaycanlı vəzifəli şəxs Ukraynada həlak oldu - FOTO


Ukraynanın Poltava vilayəti azərbaycanlılar Konqresinin sədr müavini Mütəllim Barat oğlu Babayev həlak olub.

Turkustan.az Report-a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü, əslən Azərbaycanın Bərdə rayonundan olan M. Babayev aprelin 5-i axşam radələrində Poltava vilayəti ərazisində, Kremençuk yolunda idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində həlak olub.

Azərbaycanlı Poltavada dəfn olunacaq.


MANŞET XƏBƏRLƏRİ