Türkiyədə ana müxalifət partiyasının – CHP-nin növbədənkənar qurultayında gərgin anlar yaşanıb.
Turkustan.az globalinfo.az-a istinadən xəbər verir ki, CHP millət vəkili Berhan Şimşək Özgür Özəllə mübahisə edib.
“Bəzi mətbuat orqanları imzanı toplaya bilmədiyimizi yazır. Bunu görmək istəyənlər mənə zəng edə bilər. 97 imzanı onlara təqdim edərəm. 5 dəqiqə gecikdiyimiz üçün şura imzalarımızı və ərizəmizi qəbul etmədi. “Gecdir”, dedilər. Amma son qurultayda 4 saatdan sonra siyahılar verildi. Bunu ictimaiyyətin və partiyanın vicdanına buraxıram”, – deyə Şimşək sosial media hesabında yazıb.
Qeyd edək ki, CHP sədrliyinə yeganə namizəd hazırkı sədr Özgür Özəldir.