Yaxın Şərqdə Suriya, Livan, Həmas kimi müttəfiqlərini itirən İranın demək olar ki, nüfuz dairəsi yarılıb və İsrail üçün uzun illərdir qatı düşməni olan ölkə ilə müharibə aparmaq nisbətən asanlaşıb.
ABŞ nin və NATO nun müdafiəsi və hər hansı hərbi hücum təhlükəsi ilə üzləşərsə birbaşa yardım ala biləcəyini anlayan rəsmi Tel Əviv xüsusilə Netanyahu hakimiyyəti Tehranın nüvə proqramı üzrə planlarını başa çatdırmağa və yenidən güc qazanmağa imkan verməmək üçün çox güman ki, İrana və ilk növbədə onun hərbi obyektlərinə və neft bazalarına zərbə endirə bilər.
İranın cavabı da təbii ki, İsrailin hərbi obyektlərinə və yanacaq bazalarına zərbə endirmək olacaq. Bu isə, ABŞ və NATO nun Hörmüz körfəzi ərazisindən birbaşa İrana hərbi müdaxilə və aviazərbələr, o cümlədən İsrail ərazisindən atılan raketlərlə nəticələnəcək.
Vaxtilə körfəz müharibəsində Səddam Hüseyn hakimiyyətini devirmək üçün ABŞ nin başçılığı NATO ölkələri İraqa hücum edərək Bağdadı tutmuş və regionda onlara qarşı potensial rəqib olan ölkəni ələ keçirmişdilər.
İran həmin dövrdə ABŞ nin müttəfiqi olaraq İraqa müdaxilə edən ölkələrdən biri və əsas əməliyyatçılardan idi.
İndi isə İran ABŞ nin regionda əsas rəqibi olaraq qalır və Rusiyanın yaxın müttəfiqidir deyə zəiflədilməsi onun üçün əsas şərt sayılır.
İsrail üçün əsas hədəf regionun aparıcı dövləti olmaqdır.
İranla müharibə halında ABŞ və NATO Ölkələri həm də Rusiyanı Tehranın hərbi siyasi dəstəyindən məhrum etmək, həm də Çin İran arasında çəkiləcək dəmiryolu xəttinin hansı ki, Pekin Tehran iqtisadi münasibətlərinin daha da güclü qurulmasına təkan verəcək, mane yaratmaq istəyirlər.
Ərəbistan yarımadası ölkələri də istisna deyil ki, İranla ABŞ İsrail müharibəsi zamanı Tehrana ya sözdə, ya əməldə savaş elan edə bilər.
Hətta, savaş hər iki formada olmasa belə Yəmənə birbaşa və kollektiv şəkildə Ərəbistan ölkələrinin hücumunun olması mümkündür.
Çünki, Yəməndə İrandan dəstək alan Husilərin regionda müharibə və gərginlik ocağı olaraq qalması, Qırmızı dənizdən keçən gəmilərə hücumları, əsasən Səudiyyə Ərəbistanı ilə düşmən qonşuluq münasibətləri onu deməyə əsas verir ki, Tehranla Vaşinqtonun toqquşması arealı təkcə İran və Yaxın Şərqlə məhdudlaşmayacaq və Ərəbistan Yarımadasına da sirayət edəcək.
İsrail də Yəməndə Husi qiyamçılarının məğlub edilməsində maraqlıdır. Bu ərazidən İsrailə tez tez raket hücumları edilməsi həm də qırmızı dənizdən keçən gəmilərin basqına məruz qalması İsrail və Ərəb ölkələrinin bu işdə ortaq hədəflərini müəyyən edir.
Bir sözlə, bu münaqişəni II Körfəz müharibəsi adlandırmaq səhv olmazdı.
İran ABŞ müharibəsi baş verərsə Rusiya Tehrana şübhə deyil ki, hərbi dəstəyini göstərəcək, lakin, Ukrayna ilə müharibə üzündən bu dəstək güclü ola bilməyəcək, həm də ordu dəstəyi mümkün deyil.
ABŞ nin bu müharibədə əsas məqsədlərinə İranın Cənubi Asiyada. mövcudluğunu aradan qaldırmaq, Rusiyanın da bununla adı çəkilən regionda hər hansı hərbi strateji fəaliyyətlərinə son vermək, İsrail üçün maneəsiz yaxın Şərq yaratmaq və ən əsası həmin regionun neft qaz sərvətlərinə yiyələnib iqtisadiyyatına gəlir qazandırmaq daxildir.
Müəllif: siyasi şərhçi İsa İsmayılov