ABŞ-ın Hind-Sakit Okean Komandanlığından (INDOPACOM) verilən açıqlamaya görə, Çinin Şanxay şəhərində bir araya gələn iki ölkənin hərbi rəsmiləri “hərbi risklərə” qarşı dəniz təhlükəsizliyini müzakirə ediblər.
Turkustan.az xəbər verir ki, hər iki tərəf dənizdə hərbi təhlükəsizlik, eləcə də Çinin dəniz və hava qüvvələrinin “təhlükəsiz və qeyri-peşəkar hərəkətlərinin azaldılması” ilə bağlı qarşılıqlı narahatlıqları müzakirə ediblər.
Çin Müdafiə Nazirliyinin bəyanatına görə, tərəflər dəniz və hava məkanının təhlükəsizliyi ilə bağlı səmimi və konstruktiv fikir mübadiləsi aparıblar.
Çin "bütün təhlükəli təxribatçı hərəkətlərə cavab verməyə və ərazi suverenliyini, dəniz hüquqlarını və maraqlarını qətiyyətlə qorumağa davam edəcəyini" söyləyib.
Görüşün ABŞ-ın müdafiə naziri Pit Heqsetin Asiyaya, o cümlədən Filippin və Yaponiyaya mart ayının sonunda ilk səfərindən sonra keçirilməsi diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az