Tramp 5 milyon dollarlıq “qızıl kart”ı nümayiş etdirdi


ABŞ prezidenti Donald Tramp fevralın sonunda ölkədə investorlar üçün 30 ildən artıqdır tətbiq edilən EB-5 viza proqramına son verəcəklərini açıqlamışdı.

Turkustan.az xəbər verir ki, Tramp xarici investorlara 5 milyon dollara rezidentlik və vətəndaşlığa yol açacaq “qızıl kart”ı ilk dəfə kameralar qarşısında nümayiş etdirib.

Kartda Trampın portretinin olması diqqət çəkib.
"Bu, 5 milyon dollara sizin ola bilər"-deyə, Tramp jurnalistlərə deyib: "Bu, kartların birincisi idi. Bilirsən, o kart nə idi? Qızıl kart - Tramp kartı."

Tramp kartın iki həftədən az müddətdə istifadəyə veriləcəyini söyləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930