ABŞ Prezidenti Donald Trampın İranın Ali Rəhbəri Əli Xameneiyə yazdığı məktubdan sonra iki ölkə arasında gərginlik yüksələn xətlə inkişaf etməkdədir.
Turkustan.az xəbər verir i, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunur.
Müəllif qeyd edir ki, İran tərəfi məktubun məzmununu açıqlamasa da, ölkənin xarici işlər naziri Abbas Əraqçı onun təhdid xarakterli olduğunu bildirib:
"Əgər məktubun "Sky News Arabia" kanalı tərəfindən yayılmış mətninin həqiqi olduğunu qəbul etsək, orada doğrudan da Xameneiyə müraciətlə bu cümlələr yer alıb: "Sizə xəbərdarlıq edirəm: əgər siz bu uzadılmış əli rədd etsəniz və İran rejimi eskalasiya, terror təşkilatlarına davamlı dəstək və hərbi avantüra yolunu seçsə, cavab qəti və sürətli olacaq. Rejiminizin xalqımıza və müttəfiqlərimizə qarşı təhdidləri qarşısında hərəkətsiz qalmayacağıq".
Görünən odur ki, Donald Trampa verilən cavabda İran tərəfi ABŞ-nin tələblərini rədd edib və yalnız nüvə proqramı ilə danışıqlar aparılmasının mümkünlüyünü bildirib. Bu da Trampın müvafiq reaksiyasına səbəb olub: əvvəlcə o, İranla bağlı "çox pis şeylər" ola biləcəyini bəyan edib, ardınca daha aydın şəkildə İranın bombalanacağı barədə xəbərdarlıq edib.
Ətraflı videosüjetdə:
/Yenisabah.az/