Ağ Evin sözçüsü Leavitt mətbuat brifinqində ikitərəfli tariflərlə bağlı gündəmlə bağlı sualları cavablandırıb.
Turkustan.az xəbər verir ki, Leavitt, sabahdan qüvvəyə minəcək ikitərəfli tariflərə toxunaraq, ABŞ-ın bir çox ölkə tərəfindən gömrük vergiləri baxımından ədalətsiz şəkildə vergiyə məruz qaldığını müdafiə etdi.
Bu vəziyyətin ABŞ prezidenti Donald Trampın vəzifəyə gəlməsi ilə dəyişdiyini izah edən Leavitt, bundan sonra ABŞ-a tətbiq edilən gömrük rüsumu qədər hər ölkəyə eyni miqdarda vergi tətbiq edəcəklərini bildirib.
Leavitt: "2 aprel 2025-ci il Amerikanın müasir tarixinin ən mühüm günlərindən biri kimi düşəcək. Ölkəmiz dünyanın ən açıq iqtisadiyyatlarından biri olub və bizdə ən yaxşı istehlak bazası var, lakin bir çox xarici bazarlar ixracımız üçün bağlı qalır. Bu, həqiqətən ədalətsizlikdir".
"Sabahdan etibarən amerikalıların qarət edildiyi günlər arxada qalacaq." ABŞ sözçüsü şərh edərkən, "Əgər məhsulunuzu Amerikada istehsal edirsinizsə, gömrük rüsumunu ödəməlisiniz. Bu qədər sadədir"-deyə, bildiirb.
Trampın bu siyasəti sayəsində iri şirkətlərin artıq gömrük vergisi ödəməmək üçün ABŞ-a milyardlarla dollarlıq sərmayə yatırdığını və bunun davam edəcəyini bildirən Leavitt, günün sonunda bu siyasətin Amerika xalqının maraqlarına xidmət edəcəyini və hər kəsin bundan məmnun qalacağını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az