Özgür Özəlin boykot çağırışı ilə bağlı araşdırmalar başlandı


Əkrəm İmamoğlunun həbsindən sonra CHP sədri Özgür Özəl tərəfindən edilən boykot çağırışı ilə bağlı prokurorluq hərəkətə keçib.

Turkustan.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu boykot çağırışı edənlərlə bağlı revize istintaqa başlayıb.
Əkrəm İmamoğlunun korrupsiya istintaqında həbsindən sonra CHP sədri Özgür Özəl keçən həftə çox müzakirə olunan bir addım atmışdı.

Özəl Saraçhanedəki çıxışında bəzi media qurumlarının da olduğu şirkətlərin adını çəkib və boykot çağırışı edib.
Özələ reaksiyalar artdıqca prokurorluq da hərəkətə keçib. İstanbul Respublika Baş Prokurorluğu, ictimai mediada ictimai bir təbəqənin iqtisadi fəaliyyətlə məşğul olmasının qarşısını almaq məqsədi daşıyan “boykot” kimi tanınan bölücü ritorika və bu ritorikanı yayan şəxslərlə bağlı "Nifrət və Ayrı-seçkilik", "Nifrət və Düşmənçiliyə Təhrik" ittihamları ilə araşdırmalara başlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ