Tramp yenə ixtisara saldı: 10 min işçi çıxarılır


The Washington Post tərəfindən görülən e-poçtlara görə, 48 milyard dollarlıq biotibbi tədqiqat agentliyi olan Milli Sağlamlıq İnstitutunun ən azı beş yüksək səviyyəli meneceri məzuniyyətə buraxılıb.

Turkustan.az xəbər verir ki, e-poçtlarda yüksək səviyyəli rəhbərlərə Alyaska, Montana və Oklahoma kimi ştatlarda "Amerika xalqının sağlamlığına daha yaxşı xidmət göstərmək səylərinin bir hissəsi" olaraq yeni vəzifələr təklif edildiyi, eyni zamanda aşağı şöbələrdə çalışan təxminən 10.000 nəfərin işdən çıxarılması prosesinin başladığı bildirilib.

ABŞ mediası bu gün Vaşinqtonda səhiyyə müəssisələrində çalışan bir çox işçinin giriş kartlarının ləğv edildiyini və işdən çıxarılan işçilərdən şəxsiyyət vəsiqələrini, telefonlarını və digər əşyalarını binanın girişlərindəki işçilərə təhvil vermələrinin istəndiyini bildirib.

Səhiyyə Nazirliyinin mətbuat şərhində, sözügedən federal səhiyyə müəssisələrində çalışan işçilərin sayının 82 mindən 62 minə endirilməsinin hədəfləndiyi, 20 min işçinin yarısının erkən pensiya təklifini qəbul edərək ayrıldığı, qalan 10 min adamın isə işdən çıxarılacağı vurğulanıb.

Açıqlamada işçilərin sayındakı bu azalmaların Səhiyyə Nazirliyinə hər il 1,8 milyard dollar qənaət edəcəyi irəli sürülüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ