Vatikan Papa ilə bağlı açıqlama yaydı: Son günlər vəziyyəti...


Vatikan fevral ayında keçirdiyi ağır bronxit səbəbiylə fevralın 14-də Romadakı Gemelli Xəstəxanasına müraciət edən və ikitərəfli pnevmoniya diaqnozu qoyularaq martın 23-də evə buraxılan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, xəstəxanadan ayrıldıqdan sonra Vatikandakı Santa Marta Qonaqxanasındakı iqamətgahında sağalmaqda olan Papanın səhhətinin vəziyyəti ilə bağlı Vatikanın Mətbuat Ofisindən verilən açıqlamada, Papa Fransiskin son günlərdə çəkilmiş rentgenoqrafiyasında ağciyər infeksiyası mənzərəsində cüzi irəliləyişlərin olduğu bildirilib.

Açıqlamada Papanın əhvalının yaxşı olduğu, ümumi səhhətinin stabil olduğu və qan analizlərinin normal olduğu bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ