Rusiyada “Wagner” özəl hərbi şirkətinin (PMC) keçmiş döyüşçülərindən ibarət yeni “Rus” hücum bölməsi yaradılıb.
Turkustan.az xəbər verir ki, bu barədə müharibə müxbiri Aleksandr Yaremçuk "Telegram" kanalında məlumat verib.
"Heyət və rəhbərliyin əksəriyyəti "Wagner" PMC-nin təcrübəli işçiləridir", - məlumatda deyilir.
O qeyd edib ki, bundan əvvəl döyüşçülər 88-ci Briqadanın tərkibində fəaliyyət göstərirdilər. /publika.az/