Səfirlər arasında problemi Moskva yox, Obama başlatdı - Lavrov


Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətlərdə qıcıqlandırıcı amillərin aradan qaldırılması və təmasların normallaşdırılması üçün yeni görüşə hazırlıq barədə danışıb.

Turkustan.az xəbər verir ki, Lavrov qeyd edib ki, hazırda Rusiya və ABŞ liderlərinin razılığı ilə Moskva və Vaşinqtondakı səfirliklərin işinə mane olan “qıcıqlandırıcıların aradan qaldırılması” istiqamətində iş aparılır.

“İstanbulda görüş var idi, indi ikinci görüş hazırlanır, bu arada telefon və videokonfrans vasitəsilə təmaslar aparılır”-deyə, Lavrov bildirib. Nazir vurğulayıb ki, heç bir proqnoz vermək istəmir, lakin Moskva təmaslarda irəliləyiş görür. Lavrovun sözlərinə görə, amerikalı tərəfdaşlar tərəfindən diplomatların normal fəaliyyətinə mane olan bu maneələri aradan qaldırmaq istəyi var ki, bu da diplomatik praktika baxımından tamamilə qəbuledilməzdir.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, “diplomatların işinə mane olmağa” Moskva deyil, Barak Obama administrasiyası başlayıb. Lavrov xatırladıb ki, Rusiya bu cür hərəkətlərə yalnız diplomatiyada “heç kəsin ləğv etmədiyi” qarşılıqlılıq qanunları əsasında cavab verir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ