Rusiya ilə Şimali Koreya arasında 4 kilometrlik körpünün tikintisinə başlanacaq.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora açıqlama verib.
Onun sözlərinə görə, 2026-cı ilin sonuna qədər tamamlanması gözlənilən körpü Şimali Koreya ilə Rusiyanın şərqi arasında əlaqə yaradacaq.
"Hazırda tərəflər layihə sənədlərini yekunlaşdırır, tikinti qruplarını formalaşdırır və lazımi avadanlıqları yığır", - deyə Matseqora qeyd edib.
Körpü 1959-cu ildə istifadəyə verilmiş mövcud "Dostluq körpüsü" dəmir yolu bağlantısının yaxınlığında yerləşəcək./publika.az