ABŞ prezidenti Donald Tramp sərvətini 2024-cü ildəki 2,3 milyard dollardan 2025-ci ildə 5,1 milyard dollara yüksəldib.
Turkustan.az xəbər verir ki, bu barədə Amerikanın “Forbes” jurnalı dünyanın ən varlı adamlarının 39-cu reytinqində qeyd edib.
“Forbes”in məlumatına görə, Donald Trampın sərvətinin əsas hissəsi daşınmaz əmlakdan gəlir. O, həmçinin qolf meydançalarına, dəbdəbəli malikanələrə, şərab zavoduna və "Trump Force One" kimi tanınan 1991-ci il Boeing 757-200 təyyarəsinə sahibdir.
Ümumi sərvəti 16,1 trilyon dollar olan 3000-dən çox insan jurnalın siyahısına düşüb. Forbes-in qeyd etdiyi kimi, ilk dəfə üç nəfər 200 milyard dollardan çox sərvətə sahibdir.
Aytən Yaşar/ Turkustan.az