Türkiyənin İstanbul şəhərinin həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunun sosial şəbəkə hesabının müvəqqəti bağlanılması ilə əlaqədar aidiyyəti quruma müraciət edilib.
Turkustan.az xəbər verir ki, bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İcra Şurasının üzvü Mücahit Birinci məlumat verib.
AKP rəsmisi Əkrəm İmamoğlunun Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin yerli şirkətlərin boykot edilməsi çağırışına qoşulduğu üçün bu addımı atdıqlarını bildirib:
“Buna görə də İstanbul Məhkəməsinə həmin şəxsin "X" hesabının məhkəmə bitənə qədər Türkiyədən girişinin bağlanılması tələbi ilə ərizə göndərilib”.
Xatırladaq ki, bundan əvvəl İstanbulun bələdiyyə sədrinin "X" hesabında boykot çağırışına dəstək mesajı yayımlanıb.
Əkrəm İmamoğlu ötən həftə korrupsiya ittihamı ilə həbs olunub. Hazırda iş üzrə istintaq davam edir. /teleqraf.az/