Sərhəddə 10 günlük müddət bitdi: Türkiyə İrəvanda səfirlik açır? – Hücum olacaq


Türkiyə-Ermənistan sərhədinin açıq qalması ilə bağlı qoyulan 10 günlük müddət başa çatıb, lakin sərhədin bağlanması barədə hər hansı məlumat yoxdur. Hətta iddialara görə, tərəflər səfirliklərin açılması ilə bağlı analoji addım ata bilərlər.

Qeyd edək ki, “Marqara” buraxılış məntəqəsi 32 ildən sonra, 21 mart tarixində Ermənistandan Suriyaya humanitar yardım daşımaq məqsədilə açılıb. Sərhədin 31 marta – yük maşınları eyni marşrutla geri qayıdana qədər açıq olacağı bildirilib.

Sərhəd qapandı, yoxsa hələ açıq qalır? Bu, Ankara ilə İrəvan arasında başlayacaq hərtərəfli açılımın ilk məşqi idi?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, sərhədlə əlaqəli qərar Ankaranın İrəvana jesti idi:

“Prosesin bundan irəli gedəcəyini düşünmürəm. Ermənistanın Cənubi Qafqazda təxribatlarını intensivləşdirdiyi, mümkün sülh ehtimalını bilərəkdən azaltdığı vaxtda Ankara necə İrəvanla münasibətləri normallaşdıra bilər? Türkiyə buna getməz. Sərhəd Ermənistandan Suriyaya humanitar yüklərin göndərilməsi üçün açılmışdı. Bu, Ankaranın da maraqlarına cavab verirdi. Amma Ermənistana hansısa xüsusi güzəşt olmayacaq. İrəvanın Ankaradan gözləntiləri varsa, hər iki qardaş dövlətə qarşı ərazi iddialarından imtina etməli, hərbi- siyasi təxribatlarına son qoymalıdır”.

kenan

Kənan Novruzov

Ekspert bildirib ki, dövlətlərarası münasibətlər birdən-birə radikal şəkildə bərpa edilmir:

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması uzunmüddətli prosesdir. Nəzərə almaq lazımdır ki, erməni xalqı türklərə nifrət edir. 200 ildən çoxdur, davam edən nifrətin iki ayda bitməsini gözləmək sadəlövhlük olardı. Səfirliklərin açılması haqda danışmaq üçün də çox tezdir. Mövcud şəraitdə Türkiyə İrəvanda səfirlik açsa, bir ay sonra ermənilər ora hücum edə, hətta səfirlik nümayəndələrini belə qətlə yetirə bilərlər. Bunu türklər də yaxşı başa düşür. Ona görə də bu, hələlik müzakirə mövzusu deyil”.


MANŞET XƏBƏRLƏRİ