Rusiya və ABŞ Ukrayna nizamlanması mövzusunda təmasları davam etdirir, lakin müzakirə olunan məsələlər çox mürəkkəbdir.
Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Vaşinqtonun sülh prosesində kifayət qədər uğur əldə etmədiyi təqdirdə Rusiya neft sənayesinə qarşı sanksiyalar tətbiq etmək təhdidləri kontekstində qeyd edib.
"Biz Amerika tərəfi ilə təmaslarımızı davam etdiririk"-deyə, Kreml nümayəndəsi qeyd edib. "Mövzu çox mürəkkəbdir - müzakirə etdiyimiz maddələr, Ukrayna nizamlanması ilə əlaqədardır, onlar çox əlavə səy tələb edir".
Aytən Yaşar/ Turkustan.az