İrana qarşı mümkün hücum Amerika, İsrail və ya onların hər ikisi tərəfindən birgə həyata keçirilə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə İsrailin Kanal-14 televizyası məlumat yayıb.
“İsrail və ABŞ misli görünməmiş zərbə vurmaqla təkcə İranın nüvə proqramını yox, həm də SEPAH-ı iflic vəziyyətə salmaq niyyətindədirlər, bu zərbə İslam Respublikasının ciddi zəifləməsinə və hətta süqutuna səbəb ola bilər”, - məlumatda bildirilib.
Kanal əlavə edib ki, Trampın son təhdidləri ilə yanaşı, İsrail Hərbi Hava Qüvvələrinin intensiv təlimləri İranın nüvə obyektlərinə belə bir hücuma hazırlığın ciddi əlamətləridir. /axar.az/