Trampın bu addımı "müharibə"yə qapı açır


ABŞ prezidenti Donald Tramp ikinci dövründə də proteksionist ticarət siyasətlərini davam etdirərək, Çin, Kanada və Meksika başda olmaqla bir çox ölkəyə yeni tariflər tətbiq edərək, bazarlarda dalğalanmalara səbəb olub.

Turkustan.az xəbər verir ki, yanvarın 20-də vəzifəyə gəldikdən sonra ABŞ prezidenti Tramp əvvəllər həyata keçirəcəyini vəd etdiyi əlavə tarifləri tətbiq etdi.

Trampın bu yaxınlarda yerli istehsalı artırmaq məqsədilə xaricdən gətirilən avtomobil və yük maşınlarına 25 faiz rüsum tətbiq edən fərmanı imzalaması qlobal avtomobil bazarında narahatlıqları artırıb.

Böyük Britaniya və Avstraliya kimi ölkələrin istisnalar yaratmaq cəhdləri uğursuzluğa düçar olsa da, Avropa İttifaqı (Aİ), Çin və Kanada bu addıma cavab verəcəklərini açıqlayıb.

Almaniya kansleri Olaf Şolz Aİ-nin ABŞ prezidenti Trampın əlavə tarifləri qarşısında “zəif” olmadığını və Vaşinqtona cavab verməyə hazır olduğunu bildirib.

Tariflərlə üzləşən ölkələr Trampın tariflərinə cavab verəcəklərini elan edərək, qlobal bazarlarda ticarət müharibəsi ilə bağlı narahatlıqları artırıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ