ABŞ-da respublikaçı senator Jim Risch və nümayəndə Brayan Mast Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasını (UNHRC) İsrailə qarşı xüsusi təhqiqat orqanı yaratacağı təqdirdə sanksiyalarla hədələyib.
Turkustan.az xəbər verir ki, senatın Xarici Əlaqələr Komitəsinin sədri Riş və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Mast BMT-nin Baş Katibi Antonio Quterreşə məktub yazaraq, UNHRC-nin İsrailə "çox sıx və qeyri-mütənasib" diqqət yetirdiyini iddia edib.
BMT daxilində “anti-İsrail tendensiyası” olduğunu iddia edən Riş və Mast, İsrailin baş naziri Binyamin Netanyahu haqqında həbs qərarı çıxardığı üçün ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı elan etdiyi sanksiyalara diqqət çəkib.
Riş və Mast İsrailə qarşı istintaq mexanizminin yaradılmasını dəstəkləyən BMT İnsan Hüquqları üzrə Komissarlığa üzv dövlət və ya BMT agentliyinin oxşar sanksiyalarla üzləşəcəyi ilə hədələyiblər.
Konqres üzvləri BMT-nin Baş katibi Quterreşi mexanizmin yaradılmasını “hər cür tədbir görməyə və rədd etməyə” çağırıb.
2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Gallant üçün İsrailin Qəzza zolağında törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə həbsə order verib.
ABŞ prezidenti Donald Tramp Netanyahunun həbsi ilə bağlı BCM-yə sanksiya tətbiq edən fərman imzalayıb.
Fevralın 14-də ABŞ Maliyyə Nazirliyi Trampın qərarına uyğun olaraq ICC-nin baş prokuroru Kərim Xanı sanksiyalar siyahısına əlavə edib.
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda 50 min 357 fələstinli həyatını itirib, 114 min 400 nəfər isə yaralanıb.
Aytən Yaşar/ Turkustan.az