PKK yaxın günlərdə ləğv edilə bilər – Yeni təhlükə var…


“PKK terror təşkilatı aprel ayı ərzində özünün ləğv edildiyini açıqlaya bilər”.

Turkustan.az xəbər verir ki, bu barədə köşə yazarı Abdulkadir Selvi “Hürriyet” qəzetindəki məqaləsində yazıb.

O bildirib ki, Türkiyə PKK-nın silahı yerə qoyması ilə bağlı çox kritik bir mərhələyə daxil olur:

“PKK-nın qurultayının bu ay keçiriləcəyi və özünü buraxacağı gözlənilir. Bədbin olmaq istəmirəm, lakin PKK-nın silah yerə qoymaq qərarına iki qrupun əməl etməyəcəyi deyilir. Bunlardan biri İranla koordinasiyalı işləyən, digəri isə Dersim qrupudur”.

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan fevral ayında təşkilata özünü buraxmaqla çağırış etmişdi./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ