Laricani XƏBƏRDARLIQ ETDİ: İranı nüvə istehsal etməyə məcbur etməyin!


İran lideri Ayətullah Əli Xameneinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani ölkəsinin nüvə silahı istehsal etmədiyini, lakin ABŞ-ın İrana hücum edəcəyi təqdirdə ictimaiyyətin təzyiqi altında nüvə silahı istehsal etməyə məcbur olacağını bildirib.

Turkustan.az xəbər verir ki, Laricani dövlət televiziyasında iştirak etdiyi verilişdə bu barədə fikirlərini bildirib.

ABŞ-ın ölkəsinə qarşı təhdidlərinə toxunan Laricani deyib ki, İran nüvə silahı istehsal etmək gücünə malikdir, lakin onlar Xamneyinin kütləvi qırğın silahları ilə bağlı fətvasına uyğun olaraq nüvə silahı istehsalına doğru hərəkət etmirlər.

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbardın İranın nüvə silahı istehsal etmədiyini göstərən kəşfiyyat məlumatlarının etibarlı olduğunu ifadə etdiyi son çıxışına işarə edən Laricani: “Biz deyirik ki, fitvamız var, Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında fəaliyyət göstəririk, silaha əl atmırıq, amma səhv addım atsanız, İranı buna məcbur edəcəksiz”-deyə, bildirib.

Laricani ABŞ-a xitabən deyib: "İran bunu etmək istəmir, ancaq siz təzyiq etsəniz, xalq da ölkənin təhlükəsizliyi üçün bunu (nüvə silahı) etmək üçün bizə təzyiq edəcək. Dediyimiz kimi, Agentlik bu yoxlamaları əbədi davam etdirə bilər, bununla bağlı problemimiz yoxdur, ancaq özünüz və ya İsraili bombalamağa getsəniz, İranı öz maraqlarınızda başqa qərarlar qəbul etməyə məcbur edəcəksiniz".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ