Çin irimiqyaslı hərbi təlimlərə başlayır


Çin, suverenlik mübahisəsinə qarışdığı Tayvanı əhatə edən geniş hərbi təlimlərə başladığını bildirib.

Turkustan.az xəbər verir ki, Tayvanın yerləşdiyi bölgəyə cavabdeh olan Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığının sözçüsü polkovnik Xi Yi təlimə komandanlığın quru, hava, dəniz və raket qüvvələrinin elementlərinin qatıldığını bildirib.

Sözçü Xi bildirib ki, Tayvanı əhatə edən təlimlər "dəniz-hava döyüş hazırlığı patrulları, hərtərəfli üstünlük əldə etmək, dəniz və quru hədəflərinə hücum, əsas ərazilərin və dəniz zolaqlarının blokadaya alınması" mövzularına diqqət yetirəcək və məqsədi qoşunların birgə əməliyyat imkanlarını yoxlamaqdır.

Xi təlimlərin Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr üçün "sərt xəbərdarlıq" və "güclü çəkindirici" olacağını söylədi və bunun Çinin suverenliyini və milli birliyini qorumaq üçün "qanuni və zəruri bir hərəkət" olduğunu müdafiə etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ