ABŞ prezidenti Donald Tramp husilər və İranla bağlı yeni açıqlama verib.
Turkustan.az xəbər verir ki, Tramp açıqlamasında bunları bildirib: "ABŞ gəmilərini hədəfə almağı dayandırın, biz sizi vurmağı dayandıracağıq. Əks halda, bu, yeni başlayıb. Həm Husilər, həm də İrandakı sponsorları üçün əsl ağrı hələ gəlməkdədir".
Yazısında husilərə və İrana xəbərdarlıq edən Tramp husilərə qarşı çoxsaylı hücumlar həyata keçirdiklərini açıqlayıb və Husilərin gəmiləri hədəfə alma qabiliyyətini məhv etdiklərini iddia edib.
Aytən Yaşar/ Turkustan.az