Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənada husilərin Ənsar Allah üsyançı hərəkatının nəzarəti altında olan Əd-Dailami aviabazasına bir sıra zərbələr endirib.
Turkustan.az xəbər verir ki, bu barədə “Al Hadat h” telekanalı mənbələrə istinadən məlumat yayıb .
"ABŞ Əl-Dailami aviabazasındakı Husilərin silah anbarlarına üç hava hücumu həyata keçirib"-deyə, telekanalın mənbələri iddia edir. Onların məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin də Səna səmasında intensiv hərəkəti qeydə alınıb. Hava hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Bildirək ki, martın 15-də ABŞ prezident Donald Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən Husi hədəflərinə kütləvi zərbələr endirməyə başladı. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır. Buna cavab olaraq “Ənsar Allah” hərəkatı Qırmızı dənizin şimalında ABŞ-ın “Harry Truman” aviadaşıyıcısına raket və pilotsuz təyyarələrdən istifadə edərək silsilə hücumlar həyata keçirib. Zərbələr nəticəsində gəmiyə dəyən ziyan barədə məlumat verilməyib.
Aytən Yaşar/ Turkustan.az