Rusiya Kişinyovdakı səfirliyindən 3 diplomatın çıxarılmasına adekvat və sərt cavab verəcək.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərhində bildirib .
"Rusiyanın Kişinyovdakı səfirliyi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına ciddi şəkildə uyğun olaraq fəaliyyət göstərir və Moldova Respublikasının daxili işlərinə qarışmır"-deyə, diplomat vurğulayıb.
"Moldova rəhbərliyinin bu düşmənçilik hərəkətləri Rusiya tərəfinin adekvat və sərt cavabı ilə cavabsız qalmayacaq”.
Zaxarova həmçinin qeyd edib ki, rusiyalı diplomatların ölkədən çıxarılması əsassız qərardır və Kişinyovun anti-Rusiya kursunun bir hissəsidir. Diplomatik departamentin rəsmi nümayəndəsi qeyd edib ki, Moldova hakimiyyəti “respublika vətəndaşlarının əksəriyyətinin fikirlərinə zidd olaraq, dərin tarixi köklərə malik Rusiya-Moldova münasibətlərini tamamilə məhv etmək” kimi biabırçı məqsəd qoyub.
Aytən Yaşar/ Turkustan.az