İrandan Trampa: Yolunu seç, ya qarşıdurma, ya sülh!


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ prezidenti Donald Trampın İranı bombalamaqla hədələməsinə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Bekayi X sosial media hesabında paylaşdığı mesajda, dövlət başçısının İrana qarşı açıq bomba təhdidi beynəlxalq sülh və təhlükəsizliyin mahiyyətinə sarsıdıcı bir təhqirdir, deyib.

Trampın təhdidinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) təminatlarına zidd olduğunu ifadə edən Bekayi: "Şiddət şiddəti, sülh sülhü doğurur. ABŞ nəticələri və təsirləri qəbul edərək öz yolunu seçə bilər"-deyə, bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ