Bu ölkə rus diplomatları qovdu


Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerova səfirliyin bir neçə əməkdaşını arzuolunmaz şəxs elan edən nota verib.

Turkustan.az xəbər verir ki, bu barədə Moldova XİN bəyanat yayıb.

"XİN Rusiya səfirinə Rusiya səfirliyinin üç əməkdaşını "persona non-qrata" elan edən nota göndərib", - nazirlikdən bildirilib.

Qeyd edilir ki, qərar Moldova ərazisində diplomatik statusa zidd fəaliyyətin aşkar sübutlarına əsaslanır.

Diplomatlara ölkəni tərk etmək tapşırılıb.

Eyni zamanda, Moldova XİN Rusiya səfiri Oleq Ozerova Dnestryanıda sülhməramlı əməliyyatların idarə olunması üzrə Birgə Nəzarət Komissiyasının rusiyalı həmsədri Aleksandr Andreyevin ölkədən çıxarılması qərarı barədə də məlumat verib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ