Çinin xarici işlər naziri kritik məqamda Rusiyaya səfər edir


Çinin xarici işlər naziri Van Yi Moskvaya ABŞ-ın yeni prezidenti Donald Trampın dövründə ölkəsinin Rusiya ilə münasibətlərini yenidən formalaşdırdığı bir vaxtda səfər edir.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, nazir Vanq həmkarı Sergey Lavrovun dəvəti ilə martın 31-dən aprelin 2-dək Rusiyada olacaq.

Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının Ukraynada müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlar apardığı bir vaxtda ABŞ və Rusiya arasında dəyişən münasibətlərin Çinin qlobal güc balansında mühüm roluna necə təsir edəcəyi maraq doğurur.

Ukrayna məsələsində Rusiyaya qarşı yaxın mövqe tutan Çin ABŞ və Rusiya arasında müharibəyə son qoymaq üçün aparılan danışıqları dəstəklədiyini bəyan edib.

Pekin administrasiyası da ABŞ-la rəqabətdə balans yaratmaq üçün Rusiya ilə yaxınlaşma siyasətini davam etdirmək istəyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ