Baxçalı: Türkiyənin mübarək gələcəyini birlikdə qurmalıyıq


Türkiyənin milli birliyin gücləndiyi, sülh və əmin-amanlığın qalıcı olacağı bir dövrə qədəm qoyduğunu, ölkədə yeni siyasi və ictimai həyatın yarandığını bildirən Baxçalı, hər kəsi Türkiyənin mübarək gələcəyini birlikdə qurmağa çağırıb.

Turkustan.az xəbər verir ki, MHP sədri Dövlət Baxçalı “Türkgün” qəzetində dərc olunan məqaləsində Terrordan Azad Türkiyə hədəfi və mövcud hadisələrlə bağlı qiymətləndirmələr edib.

"Terrorsuz Türkiyə" hədəfinin reallaşmaq üzrə olduğunu bildirən Baxçalı məqaləsində bildirib ki, ölkədə yeni siyasi və ictimai həyat yaranır. Hər kəsi Türkiyənin mübarək gələcəyini birlikdə qurmağa çağırırıq.

Baxçalı İmralının 27 fevralda DEM Partiyasının nümayəndə heyəti vasitəsilə etdiyi bütün komponentləri ilə birlikdə terror təşkilatı PKK-ya silahı yerə qoyaraq, özünü dağıtma çağırışının tarixi dönüş nöqtəsi olduğunu bildirib və bunları qeyd edib:

"Millətimiz ümidli bir gözləntidədir. Bu inkişafı Türkiyə üçün bir dövrdə Türkiyə üçün bir fürsətə çevirmək mümkündür. Terrordan mənfəət verənlər və separatizmin qanlı əli, hər kəsin sülh və əmin-amanlıq inşasında məsuliyyət daşıyır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ