Amerikanın “The Washington Post” (WP) qəzeti ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı son sözlərinə diqqət çəkib.
Turkustan.az xəbər verir ki, məqalədə siyasətçinin Moskvaya və Ukraynada apardığı müharibəyə münasibətini dəyişdirdiyi irəli sürülüb.
"Şərhlər Trampın yeni administrasiyasının ilk iki ayında Rusiyaya və prezident Vladimir Putinə qarşı yumşaq yanaşmadan dəyişikliyi ifadə edir", - bəyanatda deyilir. Həmçinin qeyd edilir ki, ABŞ prezidentinin əvvəlki strategiyası yalnız Ukrayna və NATO-nun danışıqlarda mövqelərinin zəifləməsinə gətirib çıxarıb.
Bundan əvvəl Donald Tramp Moskvaya qarşı yeni məhdudiyyətlərdən danışıb. Xüsusilə, ABŞ prezidenti Rusiyadan neft ixracına rüsum tətbiq etməklə hədələyib: "Əgər biz Rusiya ilə Ukraynada axan qanı dayandırmaq üçün razılaşa bilməsək və bunun Rusiyanın günahı olduğunu düşünürəmsə - bu olmaya da bilər - Rusiyadan gələn bütün neftə əlavə rüsumlar tətbiq edəcəyəm".
Onun sözlərinə görə, bütün bunlar tərəflərin Ukraynadakı münaqişəni dayandırmaq qərarına gəlmədiyi təqdirdə baş verəcək./publika.az