Ukrayna prezidenti Zelenski X hesabından paylaşdığı mesajda müsəlmanları Fitr bayramı münasibətilə təbrik edib.
Turkustan.az xəbər verir ki, türk, ingilis və ərəb dillərində təbrik mesajı paylaşan Zelenski, “Ukraynadakı və dünyadakı müsəlmanları Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy bu Fitr bayramı da bizi ədalətli, şərəfli və davamlı sülh kimi ümumi hədəfimizə yaxınlaşdırsın. Bütün ailələrə sülh, firavanlıq və əmin-amanlıq arzulayıram. Qoy bu gün qəlbləriniz iman, ümid və xeyirxahlıq işığı ilə dolsun"- deyə, bildirib.
"Ukraynanın müsəlman icmasına Ukraynanın müdafiəsində göstərdikləri dözümlülük üçün təşəkkür etmək istərdim. Ukraynanı dəstəkləyən hər kəsə, cəbhədə humanitar yardım və ya dua ilə töhfə verən hər kəsə minnətdaram. Bayramınız mübarək!"-deyə, Ukrayna lideri əlavə edib.
Aytən Yaşar/ Turkustan.az