İran lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın hücum təhdidlərini həyata keçirməsi ehtimalını görmədiklərini, lakin istənilən hücuma sərt cavab verəcəklərini bildirib.
Turkustan.az xəbər verir ki, paytaxt Tehranın İmam Xomeyni Musalla məscidində bayram namazı zamanı verdiyi xütbədə Xamenei İsrailin bölgədəki təcavüzü və Trampın İrana hücumla hədələmələrinə toxunub.
Ramazan ayında İsrailin Qəzza, Livan və Fələstində uşaqları qətlə yetirərək soyqırımını davam etdirməsinin müsəlmanları dərindən kədərləndirdiyini və bu qətliamların ABŞ-ın dəstəyi ilə həyata keçirildiyini bildirən Xamenei: "Bu cinayət şəbəkəsi Fələstindən çıxmalıdır və belə də olacaq. Hər kəs bu bədxahı bu bölgədən silmək üçün səy göstərməlidir"-deyə, bildirib.
İsrailin bu cinayətləri törətdiyini və ölkələri müstəmləkəçi dövlətlər adına işğal etdiyini söyləyən Xamenei: "Bacarsalar, bütün bölgəni işğal edərdilər. Hazırda Suriyanı işğal edirlər. Bunu müstəmləkəçilərin vəkil qüvvəsi kimi edirlər. Bu bölgədə yalnız bir vəkil qüvvə var, o da rüşvətxor, qəsbkardır"-deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az