ABŞ prezidenti Donald Tramp İranın nüvə sazişi ilə razılaşmadığı təqdirdə, Rusiya isə atəşkəs üçün vasitəçilik səylərinə mane olacağı halda ona əlavə rüsumlar tətbiq edəcəyi barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, NBC News-a danışan Tramp Rusiya və İranla bağlı qiymətləndirmələr edib.
Tramp Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqların baş tutması üçün qanuni administrasiyanın olması lazımdır şərhinə çox qəzəbli və üzüldüyünü bildirib və bu açıqlamaların doğru olmadığını bildirib.
O, Moskvanın səhvi hesab etdiyi müharibəni dayandırmaq üçün Rusiya razılığa gələ bilməsə, Rusiya neftinə “ikinci dərəcəli tariflər tətbiq edəcəyi” barədə xəbərdarlıq edib. “Bu o deməkdir ki, siz Rusiyadan neft alsanız, ABŞ-da bizneslə məşğul ola bilməzsiniz".
Tramp qeyd edib ki, atəşkəs razılaşması olmazsa, bu sanksiyalar bir ay ərzində qüvvəyə minəcək.
Aytən Yaşar/ Turkustan.az