İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında hücumları artıracağı və ABŞ prezidenti Donald Trampın fələstinliləri zorla köçürmə planını həyata keçirəcəyi ilə hədələyib.
Turkustan.az xəbər verir ki, Netanyahu Nazirlər Kabinetinin iclasının əvvəlindəki çıxışında, israilli məhbusları geri qaytarmağın yeganə yolu studiyalarda eşidilən boş şüarlar deyil, hərbi və siyasi təzyiqlərin birləşməsindən keçir-deyə, bildirib.
"Hərbi repressiya uğur qazanır, HƏMAS-ın imkanlarını darmadağın edir və əsirlərimizin azad edilməsi üçün şərait hazırlayır. Dünən gecə təhlükəsizlik kabineti toplaşaraq HƏMAS-a qarşı hücumları gücləndirmək və oğurlanmış əsgərlərin geri qayıtması üçün şərait yaratmaq üçün təzyiqləri artırmaq qərarına gəlib. Həmas silahlarını yerə qoyacaq, liderlərinə Qəzzanı tərk etməyə icazə veriləcək və biz Qəzzada ümumi təhlükəsizliyin təmin edilməsi üçün çalışacağıq. Həmçinin Trampın planının həyata keçirilməsinə icazə veriləcək. Plan belədir və biz hər zaman onu müzakirə etməyə hazırıq".
Aytən Yaşar/ Turkustan.az