İrəvandan şok KTMT qərarı: rəsmən açıqladılar


Ermənistan Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə töhfə verməkdən imtina etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in açıqlamasında deyilir.

“Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan və müvafiq olaraq, təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkindiyi barədə rəsmi məlumat verib”, - XİN-dən bildiriblər.

Beləliklə, İrəvan təşkilatda faktiki iştirakını davam etdirməyəcək.

Bir gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, İrəvan KTMT ilə bağlı mövqeyinə yenidən baxmağı planlaşdırmır. "KTMT ilə bağlı nəyi nəzərdən keçirməliyik? Onun olub-olmamasına KTMT baxmalıdır", - Simonyan bildirib./publika.az


MANŞET XƏBƏRLƏRİ