RBİF: Rusiya və ABŞ arasında metal danışıqları başladı


Rusiya və ABŞ nadir torpaq metalları layihələri ilə bağlı danışıqlara başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev məlumat verib.
“Nadir torpaq metalları əməkdaşlıq üçün mühüm sahədir və təbii ki, biz Rusiyada müxtəlif nadir torpaq metalları və layihələri haqqında müzakirələrə başlamışıq”-deyə, nəşr bildirib.

Qəzetin yazdığına görə, bəzi şirkətlər artıq layihələrə maraq göstəriblər.

Daha əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri bildirib ki, Rusiya Ukrayna ilə müqayisədə nadir torpaq metallarının bir neçə dəfə böyük ehtiyatlarına malikdir və bu sahədə dövlət həm ABŞ, həm də digər ölkələrlə əməkdaşlıq edə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ