ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskinin ABŞ və Ukrayna arasında resurs sazişindən imtina etmək niyyətində olduğunu bildirib.
Bu barədə “Reuters“ məlumat yayıb .
Donald Tramp deyib ki, Zelenski minerallarla bağlı müqaviləni ləğv etmək istəyir”, - agentlik qeyd edib. Tramp Zelenskiyə nadir torpaq metalları üzrə sövdələşmədən imtinaya görə böyük problemlər vəd edib.
Tramp həmçinin bildirib ki, Zelenski Ukraynanın NATO-ya üzv olmasını istəyir, lakin bu, heç vaxt baş verməyəcək: "Zelenski bunu anlayır”.