Hazırda Ukrayna Rusiyanın “Şahed” tipli kamikadze pilotsuz təyyarələrinin hücumuna məruz qalır.
Bu barədə “Unian“ məlumat yayıb.
Xatırladaq ki, prezident Zelenski axşam saatlarında məlumat vermişdi ki, "martın 30-da rus işğalçıları Çerkassı, Xerson, Donetsk, Zaporojya, Dnepropetrovsk, Sumi və Xarkov vilayətlərinə pilotsuz təyyarələr, artilleriya və idarə olunan aviasiya bombaları ilə hücum ediblər.
Məlumdur ki, Xerson və onun ətraflarında rus işğalçı ordusunun hücumları nəticəsində azı 6 nəfər yaralanıb".
Zelenski bildirib ki, “Rusiyanın Ukraynaya endirdiyi zərbələrin coğrafiyası və vəhşiliyi hər gün və hər gecə Putinin diplomatiyaya əhəmiyyət vermədiyini nümayiş etdirir. Rusiya onun döyüş qabiliyyətini qıra biləcək bütün sərt addımlara layiqdir".